1. Xidmətçi qız, qulluqçu.
2. Kölə (qadın), cariyə. (“Koroğlu” dastanının lüğəti)
Elə ki hamı yatdı, səs-səmir kəsildi, əl-ayaq çəkildi, ayağa durub bir dəst pəhləvan paltarı gətirdi, altdan geyinib üstdən qıfıllandı, qılınc qurşandı, nizə asdı, əmud götürdü, haman gündüzkü kənizi çağırıb tapşırılmasını tapşırdı, öz yerində yatırtdı, özü qapıdan çıxıb yola düzəldi. (“Koroğlunun Ərzurum səfəri”)
*
Gördü bir neçə saray adamı qabaqda, onların arxasınca əllərində çovgan olan bir neçə xacə, sonra isə Nigar xanım bir neçə kəniz, incə bel qızla gəlir. (Paris nüsxəsi, 4-cü məclis)